alışqanlıq
ali məqsəd
OBASTAN VİKİ
Ali məktəb
Ali təhsil müəssisəsi — 1)ümumi təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil müəssisəsi; 2)xalq təsərrüfatının, elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislər, elmi və pedaqoji kadrlar hazırlayan, ali və orta ixtisas məktəbləri müəllimlərinin, xalq təsərrüfatı mütəxəssislərinin ixtisasını təkmilləşdirən, nəzəri və tətbiqi xarakterli elmi iş aparılan təhsil müəssisəsi; 3)Azərbaycan Respublikası qanunvericiliyi ilə əsaslandırılan, fəaliyyət göstərən və hüquqi şəxs statusuna malik olan təhsil müəssisəsi. Təhsil müddəti 4-7 ildir.Ali təhsil müəssisəsi cəmiyyətin tələbatına uyğun yüksək ixtisaslı mütəxəssislər hazırlığı ilə məşğul olan təhsil müəssisəsinin yüksək tipi, fasiləsiz təhsilin mühüm bir həlqəsidir. Ali təhsil müəssisələrinin müxtəlif növləri fəaliyyət göstərir: universitetlər, institutlar, akademiyalar, konservatoriyalar və digər ali təhsil müəssisələri bu qəbilədəndir. Ali təhsil müəssisəsinin səmərəli fəaliyyət göstərməsi ona düzgün rəhbərlikdən, təhsil-tərbiyə prosesinin elmi-pedaqoji əsaslarda idarə edilməsindən çox asılıdır. Ali təhsil müəssisəsinin "idarə edilməsi" və "ona rəhbərlik" bir-biri ilə sıx bağlı anlayışlardır. İdarəetmə dedikdə, müəyyən obyektə (məktəbə, pedaqoji kollektivə) məqsədyönlü, planlı, mütəşəkkil təsirləri təmin edən fəaliyyət başa düşülür. İdaəretmə obyektləri şəxsiyyət və ya kollektiv olduqda idarəetmə rəhbərlik forması kəsb edir. Başqa sözlə, rəhbərlik bilavasitə insanlarla işdə idarəetmə vəzifələrini həyata keçirməklə bağlı səmərəli fəaliyyət növüdür. Bu halda idarəetmə subyektləri və obyektləri ümumi məqsəd naminə şüurlu şəkildə qarşılıqlı fəaliyyət göstərir. Rəhbərlik bir-birinə zidd iki üslubda - avtoritar və demokratik üslublarda həyata keçirilir.
Məktəb
Məktəb — müasir cəmiyyətdə məktəb uşaqların təhsil almaq hüquqlarını təmin etməkdə əsas rol oynayır. O həm də uşaqların təlim və tərbiyəsi ilə məşğul olur. Məktəblərdə təhsil və tərbiyə cəmiyyətin iqtisadi və mədəni inkişafından asılıdır. Məktəblərdə mövcud olan problemlər islahatlarla həll olunur. Məktəbdə nizam-intizam, qayda-qanun və tərbiyə əsas amillərdəndir. == Qiymətləndirmə == Məktəblərdə uşaqların təhsildə davamiyyəti və səviyyəsi 5 ballıq sistemlə qiymətləndirilir. Qeyri qənaətbəxş 1 və 2 ilə qiymətləndirilirlər. Qənaətbəxş 3 qiymətinə uyğun gəlir. Bu ən aşağı qanedici qiymətdir. 4 qiyməti yaxşı oxuyanlara verilir və orta qiymət sayılır.
Azərbaycan SSR əməkdar ali məktəb işçisi
Azərbaycan SSR əməkdar ali məktəb işçisi — 20 may 1980-ci ildə təsis edilən fəxri ad. == Məzmun == "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı ali təhsil sahəsində ən azı 15 il işləmiş və təlim-tərbiyə işində, tələbə gənclərin kommunist tərbiyəsi və təlimi işində, xalq təsərrüfatı üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında, elmin inkişafında mühüm xidmətləri olan, ictimai həyatda fəal iştirak edən ali məktəb professorlarına, dosentlərinə, assistentlərinə, müəllimlərinə, elmi əməkdaşlarına, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin inspektorlarına, metodistlərinə və digər yüksək ixtisaslı işçilərinə verilir.
Heydər Əliyev adına Ali Hərbi Məktəb
Heydər Əliyev adına Hərbi İnstitut — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, orta ixtisas təhsili, ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsi. Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir. Döyüşlərdə göstərdiyi igidliklərinə görə məktəbin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşdür.Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanına əsasən, məktəb Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri ləğv edilmiş, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2022-ci il tarixli fərmanı ilə Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Erkən tarixi == Heydər Əliyev adına Azərbaycan Hərbi İnstitutun tarixi 1918-ci il fevral ayının 6-da Müsəlman Korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin bolşevik inqilabından sonra Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya komissarlığına məktubla müraciət etməsi və Milli Hərbiyyə Məktəbinin açılması haqqında icazə istəməsi ilə başlayır. 1918-ci ilin mayında Azərbaycana gələn Nuru Paşa, Türk əsgərləri və yerli qüvvələr əsasında yaradılan Qafqaz İslam Ordusunun komandanı təyin edildi. Türk zabitlərinin yaxından köməyi və iştirakı ilə, Azərbaycan Demokratik Cumhuriyyəti ordusunu milli kadrla təmun etmək məqsədi ilə 1918-ci ilin iyun ayinda Nuru Paşanın rəhbərliyi ilə Gəncədə ilk hərbi məktəb yaradıldı. Zaqafqaziya Komissarlığının razılığı ilə 1918-ci il mart ayının 1-də Tiflis şəhərində Milli Hərbiyyə Məktəbi açılmış elan edildi və poruçik Cahangir bəy Zeynalbəy oğlu Nəsirbəyov Milli Hərbiyyə Məktəbinin rəisi təyin edildi, elə həmin gün də məktəbin dəftərxanası fəaliyyətə başladı və dərhal da kursant qəbulu elan edildi.Korpus komandiri Əliağa Şıxlinskinin əmri ilə Milli Hərbiyyə Məktəbinin daimi heyəti və dəftərxanası 1918-ci il aprel ayının 2-də Tiflisdən Gəncəyə köçürüldü və həmin ayın 8-də Gəncədəki sənət məktəbində yerləşdirilərək öz fəaliyyətini davam etdirdi. 1918-ci ilin aprel ayında bolşevik-daşnak qoşunlarının Gəncə üzərinə hücuma başlaması ilə Azərbaycanda hərbi vəziyyət mürəkkəbləşdiyi üçün Milli Hərbiyyə Məktəbinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.
Elmi məktəb
Elmi məktəb — formalaşmış elmi baxışlar sistemi, həmçinin bu baxışları müdafiə edən elmi cəmiyyətlər. Elmi məktəblərin bir qayda olaraq yaradıcıları və davamçıları var. Məktəb daxilində bir qayda olaraq müxtəlif cərəyanlar və özünəməxsus qruplar olur, bu isə yeni məktəblərin əsasını qoya bilir. Elmi məktəblər həm qeyri-formal şəkildə, həm də ali məktəblərin kafedralarında, alim kollektivlərində yarana bilər. Elmi cəmiyyətlər – elmi tədqiqatla məşğul olan mütəxəssislərin, hər hansı elm sahəsi ilə maraqlananların könüllü cəmiyyətləri. Əsas fəaliyyəti elmi əsərlərin müzakirəsi və nəşrindən, elmi tədqiqatlar üçün vəsait buraxmaqdan və s. ibarətdir. == Mənbə == БИБЛИОГРАФИЯ ПО ПРОБЛЕМАМ НАУЧНЫХ ШКОЛ В РОССИИ == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Marksist məktəb
Marksist siyasi iqtisad və ya Marksist iqtisadiyyat — Karl Marksın artıq dəyər nəzəriyyəsini genişləndirdiyi iqtisadi dəyər nəzəriyyəsi, dəyərin əmək nəzəriyyəsinə əsaslanan (Adam Smit, Devid Rikardo) siyasi iqtisad. Bu cərəyan Marksizmin ayrılmaz bir hissəsidir, Fridrix Engels, Karl Kautski, Rosa Lüksemburq, Qeorgi Plexanov, Vladimir Lenin tərəfindən inkişaf etdirilmişdir. Marxın müəyyən müddəaları "revizionistlər" tərəfindən düzəldilmişdir – Eduard Bernşteyn, Mixail Tuqan-Baranovski, Verner Sombart. Marksist ədəbiyyatşünaslıq məktəbi XIX əsrin ikinci yarısından bəri mürəkkəb inkişaf yolu keçən eklektik bir hadisədir. == Nəzəriyyə == === Məhsul === Məhsul — əmtəə mübadiləsində iştirak edən müəyyən bir mənadır. Əmək bölgüsünün inkişafı ilə tədricən obyektlər şəxsi istehlak üçün deyil, əsasən mübadilə üçün istehsal olunmağa başlayır. Əmtəə kapitalist istehsal üsulunun mahiyyətini xarakterizə edən inkişaf edən və kapitala çevrilən istehsal münasibətlərinin universal formasına çevrilir. Lenin, "Narodizmin İqtisadi Məzmunu və Cənab Struve'nin Kitabındakı Tənqid" adlı kitabında kapitalizmin aşağıdakı xarakteristikasını verir: “Məhsul [istehsal] ən müxtəlif ictimai istehsal orqanizmlərində əmtəə formasını alır, ancaq yalnız kapitalist istehsalda bu əməyin məhsulu yaygındır, əksinə müstəsna, təcrid olunmamış, təsadüfi deyil. Kapitalizmin ikinci əlaməti bir əmtəə formasını təkcə əməyin məhsulu ilə deyil, həm də əməyin özü, yəni insan işçi qüvvəsi tərəfindən qəbul edilməsidir." Məhsul eyni zamanda: kommunal (istehlak dəyəri, istifadə dəyəri). Faydalı bir şeyin insanın bu və ya digər ehtiyacını ödəmək üçün xassəsi deməkdir (yemək aclığı təmin edir, paltar isti olur).
Məktəb (jurnal)
"Məktəb" (jurnal) — Elmi-pedaqoji, ədəbi-bədii, demokratik istiqamətli jurnal. == Haqqında məlumat == "Məktəb" jurnalı Bakıda Azərbaycan dilində nəşr olunurdu. Jurnalın ilk nömrəsi 1911-ci il noyabrın 29-da, sonuncusu 1920-ci il martın 21-də çıxmışdır. Cəmi 95 nömrə işıq üzü görmüşdür. Məktəb şagirdlərinə məxsus olan bu jurnal iki həftədə bir dəfə nəşr olunan "əxlaqi, ədəbi, fənni, müsəvvir məcmuə" idi. "Məktəb" pedaqoji biliyin və dünyagörüşünün genişlənməsində, elmə, maarifə həvəsin artmasında, uşaqlarda müsbət əxlaqi keyfiyyətlərin tərbiyə edilməsində müəyyən rol oynamışdır. Jurnalın "İdarədən" başlığı ilə verilən məqalədəki bu sözləri jurnalın əsas məqsədini ifadə edirdi: === Jurnalın ilk sayında === Birinci nömrədə maraqlı hekayələr, şeirlər, publisist yazılar, atalar sözü, məsəllər, lətifələr, və s. verilmişdir. Jurnalın 1-ci nömrəsində N. Nərimanovun "Əziz balalar!" başlığı ilə uşaqlara müraciəti verilmişdir. N.Nərimanov uşaqları oxumağa, elmə yiyələnməyə, vətənin ləyaqətli, namuslu övladları olmağa çağırırdı.
Məktəb avtobusu
Məktəb avtobusu, tələbə avtobusu və ya xidməti məktəb avtobusu, şagirdləri məktəblərə daşımaq üçün bəzi xüsusi avadanlıqları olan bir avtobus növüdür. İlk tələbə nəqliyyatı 1827-ci ildə İngiltərədə George Shillibeer tərəfindən başladılmışdır. ABŞ-də məktəb avtobusları sarı rəngdə olur.
Məktəb forması
Məktəb forması - məktəbdə və ya digər təhsil müəssisəsində tələbələr tərəfindən geyilən uniforma. Məktəb geyimlərinin məqsədi şagirdlər arasında bərabərliyi təmin etməkdir və müxtəlif ölkələrdə ibtidai və orta məktəblərdə geniş yayılmışdır. Ümumiyyətlə kişi tələbə forması uzun şalvar, ağ köynək, qalstuk və gödəkçə, qadın tələbə forması isə ətəklərdən, uzun və ya diz üstü corablardan, qalstuk, köynək və sviterlərdən ibarətdir. İngiltərə, Türkiyə və ya Azərbaycan kimi ölkələrdə təhsil pulsuz olsa da, məktəbli formaları ödənişli ola bilərlər.
Məktəb medalları
Məktəb medalları — Orta məktəb şagirdlərinin təhsil müddətindəki biliyinin qiymətləndirilməsi üçün verilən medallar. Əsasən qızıl və gümüş medaldan ibarətdir. == İlk medallar == Orta məktəb şagirdlərinin təhsil müddətindəki biliyinin qiymətləndirilməsi üçün medalların verilməsi ənənəsi hələ XIX əsrdə olub. Rusiyada məktəb medallarının tarixi 1828-ci ildə "Məhəllə, qəza məktəbləri və gimnaziyalarının əsasnamələri"nin qəbulu ilə başlayıb. == SSRİ medalları == Azərbaycanın da daxil olduğu SSRİ-də isə məktəb medallarının verilməsi qaydaları ittifaqın İcraiyyə Komitəsinin 1247 saylı qərarı ilə 1945-ci ilin mayın 30-dan tətbiq edilib. İlk qızıl və gümüş medallar 583 qızıl və 925 gümüş probundan hazırlanırdı. Dairəvi formada, diametri 32 mm olan medallar həmin vaxt ittifaq respublikalarında mövcud olan 16 variantda ştamplanırdı. Əsl qızıl medallar demək olar ki, həmin illərdə hazırlananlar hesab edilə bilər. Çünki 1954-cü ildə qənaət məqsədilə qızıl medalların istehsalında ilk texniki dəyişiklik edilir və medaldakı qızılın probu 375-ə enməklə keyfiyyəti aşağı salınır. Gümüş medalların tərkibi isə olduğu kimi saxlanır.
Məktəb uniforması
Məktəb forması - məktəbdə və ya digər təhsil müəssisəsində tələbələr tərəfindən geyilən uniforma. Məktəb geyimlərinin məqsədi şagirdlər arasında bərabərliyi təmin etməkdir və müxtəlif ölkələrdə ibtidai və orta məktəblərdə geniş yayılmışdır. Ümumiyyətlə kişi tələbə forması uzun şalvar, ağ köynək, qalstuk və gödəkçə, qadın tələbə forması isə ətəklərdən, uzun və ya diz üstü corablardan, qalstuk, köynək və sviterlərdən ibarətdir. İngiltərə, Türkiyə və ya Azərbaycan kimi ölkələrdə təhsil pulsuz olsa da, məktəbli formaları ödənişli ola bilərlər.
Terekli-Məktəb
Terekli Məktəb – Rusiya Federasiyasının Dağıstan Respublikasının Noqay rayonunun inzibati mərkəzi. Terekli məktəb Dağıstanın şimal-qərbində Noqay çölünün mərkəzində yerləşir. Qəsəbənin 75 km ndə, avtomobil yolu üstündə Qızılyar şəhəri yerləşir. Əhalisi 7000 nəfərdir. == Tarixi == Qəsəbənin yaranma tarixi XVIII əsrə aiddir. Tarixi xəritələrə görə indiki qəsəbə qaranoqayların, ermənilərin və rusların yaşadğı iki auldan ibarət imiş. Qəsəbənin adı Terek və məktəb sözləri ilə bağlıdır. Terekli-məktəb bütün noqay xalqının paytaxtı hesab olunur. Qəsəbənin Şərəf Xiyabanında 11 Müharib və Əmək qəhrəmanı büstü var. == Mədəni həyatı == Qəsəbədə, kənd məktəbləri üçün noqay dili müəllimlərini hazırlayan Xasavyurd Pedoqoji kollecinin, və Moskva Humanitar Universitetinin filialları var.
İbtidai məktəb
İbtidai məktəb — məktəbyaşlı uşaqlara ibtidai təhsil verən çmumtəhsil təlim-tərbiyə müəssisəsi, ümumi icbari təhsilin birinci pilləsi. İbtidai məktəbə (yaxud umumtəhsil məktəblərinin ibtidai siniflərinə) daxil olan uşaqların yaşı və həmin məktəblərdə təhsil müddəti ayrı-ayrı ölkələrdə müxtəlifdir.Təhsilin Beynəlxalq Standart Təsnifatı ibtidai təhsili proqramların adətən oxu, yazı və riyaziyyat üzrə fundamental bacarıqları təmin etmək və öyrənmə üçün möhkəm zəmin yaratmaq üçün nəzərdə tutulduğu bir mərhələ kimi nəzərdən keçirir.
Azərbaycan Respublikasının əməkdar ali məktəb işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar ali məktəb işçilərinin siyahısı
== 1981 == Hüseyn Mustafa oğlu Əhmədov — 1981 == 1991 == Əfrasiyab Paşa oğlu Vəkilov — 24.01.1991 Kamil Qasım oğlu Səmədov — 04.02.1991 == ? == Xasay Cabbarov — ?
Məktəb № 10 (Taqanroq)
Məktəb № 10 - Taqanroq şəhərinin ərazisində, Frunze küçəsi, ev 40 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1920-ci ildə təsis edilmişdir. == Məktəbin tarixi == Məktəb № 10 Taqanroq şəhərində 1920-ci ildə təsis edilmişdir. Ancaq məktəbin təməlləri hələ 1910-cu ildə qoyulmuşdur. Taqanroq kommersiya uçilişinin nızdində Taqanroq əmək məktəbi təşkil edilmişdir. Məktəbin tərkibi rəngarəngdir. Belə ki, 1916-cı ildə bura Riqa real uçilişi, Mintav kişi gimnaziyası, Varşava müəllimlər seminariyası və d. köçürülmüşdü. Böyük Vətən müharibəsi dönəmində bina tamamən dağıdılmışdı. Tədris müvəqqəti olaraq Lenin küçəsində yerləşdirilmişdi.
Məktəb № 24 (Taqanroq)
Məktəb № 24 - Taqanroq şəhərinin ərazisində, Derjinski küçəsi, ev 149 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1936-cı ildə təsis edilmişdir. == Məktəbin tarixi == Məktəb yeddi illik orta təhsil oçağı 1936-cı ildə təsis edilmişdir. Məktəb mövcudluğu dönəmində hər zaman Taqanroq Metallugiya Zavodunun himayəsində olmuşdur. № 24 məktəb ilk məzunlarını 1939-cu ildə buraxmışdır. Taqanroqun işğalı dönəmində, 1941 - 1943-ci illərdə alman əsgərləri məktəbi atların saxlandığı yer kimi istifadə edilmişdir. 1943-cü ildə şəhər işğaldan azad olduqdan sonra dərhəl fəaliyyətini bərpa etmişdir. Məktəb ilk dönəmlərdə, metallurgiya zavodunun baraklarında fəaliyyət göstərmişdir. Bu baraklar məktəbin yaxınlığında qərarlaşır. Şagirdlər nəhayətində 12 sentyabr 1954-cü ildə öz məktəb binalarına qayıda bilmişlər.
Məktəb № 3 (Taqanroq)
Məktəb № 3 - Taqanroq şəhərinin ərazisində, Kalinina küçəsi, ev 109 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1966-cı ildə təsis edilmişdir. == Məktəbin tarixi == XX əsrin əvvəllərində Mayakovski meydanında kərpiçdən iki eyni arxitekturalı bir mərtəbəli binalar inşa edilir. Hansı ki, onların birində Yelizavetinski 1-ci qızlar uçilişi və Aleksandrovski kişi uçilişi yerləşmişdi. Binalar Nekrasov xiyabanına baxırdı. Sovet hakimiyyəti qurulduqdan sonra burada 3 nömrəli əmək məktəbi təşkil edilir. 1930-cu ildə yeddi illik orta məktəbə çevrilir. Burada 600 şagird təhsil alırdı. İşğal zamanı (1941-1943) məktəq Taqanroq balıqtəmizləmə zavodunun klubunda yerləşirdi. Klub Dobrolyubovski xiyabanında yerləşirdi.
Məktəb № 5 (Novoçerkassk)
Məktəb № 5 — Novoçerkassk şəhərinin ərazisində yerləşən təhsil ocağı. Təhsil ocağı 1907-ci ildə təsis edilmişdir. Məktəb Kuznesov uçilişinin binasında yerləşir. Binası XIX əsrin ikinci yarında şəhərin mərkəzində inşa edilmişdir. Məktəb binası Rusiyanın regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Burada Sovet İttifaqı qıhrəmanı Qeorqi Aleksandroviç Sorokin təhsil almışdır. == Tarixi == Birinci dərəcəli uçiliş 1907-ci ildə tısis edilmişdir. Uçilişin hazırlanmasında əsas pay P. P. Litovun ürinə düşürdü. Ucilişin yerləşdiyi bina Ataman dalanı, Qorbatoy küçəsində yerləşirdi. Bina F. İ. Tkaçenkoya məxsus məxsus idi.
Məktəb № 9 (Taqanroq)
Məktəb № 10 - Taqanroq şəhərinin ərazisində, Krasnı xiyabanı, ev 20/22 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1960-cı ildə təsis edilmişdir. Təhsil ingilis dilində aparılır. == Məktəbin tarixi == Məktəb № 9 öz ilkin fəaliyyətini 1920-ci ildən başlamışdır. Taqanroqda yeddi illik pulsuz tədris həyata keçirilirdi. Müharibə sonrası Taqanroq Müəllimlər İnstitutunun nəzdində yeddi illik məktəb təşkil edir. 1960-cı ilin avqust ayında 9 nömrəli məktəb təşkil edilir. Burada təhsil ingilis dilində aparılırdı. 1973-cü ildən məktəbdə «Meridian» Beynəlxalq dostluq klubu fəaliyyət göstərir. == Məktəbin direktorları == 2012-ci ildən indiyənə qədər — Nataliya Bladimirovna Moxova 2004 - 2012— Svetlana Mixaylovna Koreşkova; 2002 - 2004 — Yelena Borisovna Şeluxina; 1989 - 2002 — Leonid Qriqoreviç Leontev; 1975 - 1989 — Olqa Dmitrievna Klokova 1968 - 1975 — Anastasiya Mixaylovna Kuznesova; 1957 - 1967 — Aleksandr Nikolayeviç Karpov.
Nümunəvi Məktəb (1990)
Realnı məktəb binası
Realnıy məktəb binası — Azərbaycanın Gəncə şəhərində tarixi bina. 1883-cü ildə tikilmişdir. Hazırda Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tədris binası kimi istifadə olunur. Ünvan: Adil İsgəndərov küçəsi 64.
Ali-Müzəffər
Ali-Müzəffər — Fars və İraq əyalətlərində hakimiyyəti ələ almış bir sülalənin adı. Əmir Mübarizəddin tərəfindən təsis edilmiş bu dövlət 1318-ci ildən 1392-ci ilədək davam etmişdir. Dövlətin paytaxtı Şiraz şəhəri olmuşdur.
Ali-Yasin
Ali-Yasin — Məhəmməd peyğəmbərin Əhli-Beyti. Qurani-Kərimin Saffat surəsinin 130-cu ayəsinin (سلـٰم على ال ياسين) hərəkəsiz oxunuş formalarından biri - "səlamun əla ali yasin" — "Ali-Yasinə salam olsun!"-dur .
Ali-İmran
Ali-İmran (ərəb. سورة آل عمران‎ (oxunuşu: surətu ali imran) - İmran ailəsi) - Quranın 3-cü surəsi. Mədinədə nazil olmuşdur, 200 ayədir. . İmran Hz Məryəm Hz. Musanın atasının adıymış və Ali-İmran "İmran ailəsi" mənasındadır. Surənin adı 33-cü ayədə rast gəlinən İmran ailəsi ifadəsindən götürülüb.
-ишк-(о) БМД больнёхонький осложня́ться повы́сунуться припада́ть прифранти́ть птифу́р трюм хронографи́ческий диспансе́р меси́ть мота́лка облека́ть по-чече́нски кубача пороть anus eminency immediatism mystical scrape about sin неофициальный сияющий